Latviya polisi vətəndaşlardan nəqliyyat vasitələrinin üzərində Rusiyanı açıq şəkildə dəstəkləyən simvolları təqdim etmələrini istəyib.
32gun.az xəbər verir ki, polisin bu tələbinə səbəb qonşu Estoniyada Kreml tərəfdarlarının avtomobillərinə mütəşəkkil şəkildə “Mən rusam”, “Güc doğrudur” sözləri və ya simvolik rus stikerləri yapışdırmağa başlamaları olub.
Bildirilib ki, hadisədən sonra Latviyada da Rusiyanı dəstəkləyən insanlar müxtəlif stikerlərlə dəstəklərini ifadə etməyə başlayıblar.
Latviya qanunlarına görə, ictimai yerlərdə hərbi təcavüzü və müharibə cinayətlərini tərənnüm edən simvollardan istifadə edənlər 350 avroya qədər cərimələnə bilər. Polisin tələbinə əməl olunmazsa, bu cərimə 700 avroya qədər yüksəlmə ehtimalı var.
Aysel Şirinova