DÜNYA ÖZ XƏBƏR

Oğurladığı avtomobillə qəza etdi - Ev alovlandı

ABŞ-ın Nyu-York ştatının Onedia şəhərində oğurlanmış avtomobili həddindən artıq sürətlə idarə edən 17 yaşlı gənc idarəetməni itirərək evə çırpılıb.

32gun.az xarici KIV-lərə istinadən xəbər verir ki, hadisə zamanı təbii qaz xəttində partlayış nəticəsində ev uçub. Ölən və yaralanan olmadığı bildirilib.

Polisin verdiyi açıqlamada ətrafdakı 6 evin boşaldıldığı qeyd edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aysel Şirinova

Oxşar Xəbərlər