Serxio Ramosun evi Çempionlar Liqası "Sevilya"nın "Lens"lə oyunu zamanı qarət edilib.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə hadisə zamanı Ramosun 4 övladı evdə olsa da oğrular onlara zərər yetirməyib. Hadisəni törədən şəxslər evdən dəbdəbəli saatlar, qiymətli əşyalar və qızıl-zinət əşyaları oğurlayıblar.
Dəymiş ziyanın ümumi məbləği hələlik məlum deyil.
Araşdırmalar aparılır.
Aysel Şirinova