DÜNYA ÖZ XƏBƏR

Bayden Aİ liderləri ilə görüşəcək

ABŞ prezidenti Co Bayden oktyabrın 20-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Çarlz Mişel ilə görüşəcək.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən Aİ-nin yüksək rütbəli rəsmisi bildirib ki, görüşün məqsədi transatlantik tərəfdaşlığı gücləndirmək, Ukrayna ilə bağlı güclü mesaj vermək, Rusiyaya qarşı sanksiyalar və bu sanksiyaların pozulmasının qarşısını almaq yollarını müzakirə etməkdir.

Aysel Şirinova

Oxşar Xəbərlər