MƏDƏNİYYƏT - ŞOU

"Xalqa qələbə xəbərini mən çatdırdım" - Faiq Ağayev

Xalq artisti Faiq Ağayev açıqlaması ilə gündəmə gəlib. 

Pravda.az xəbər verir ki, “Zəfər günü”nə həsr olunmuş “Elgiz izlə” ictimai-sosial proqramda qonaq olan sənətçi bildirib ki, İkinci Vətən müharibəsi zamanı bir sıra rayonlarımızın işğaldan azad olunması xəbərini tamaşaçılara canlı yayımda oxuyaraq, özü çatdırıb. 

“Heç bir müğənni həmkarım o faktı həyatında yaşamadı. Belə ki, İkinci Qarabağ müharibəsi bitməmiş qonşu kanalların birində efirdə idim. Verilişin canlı yayımına təcili xəbərlər gətirildi. O xəbərdə isə hansı rayon və kəndlər azad olunması yazılmışdı. 

Xahiş elədim, o rəsmi məlumatı özüm oxudum. Xalqa o məlumatı televiziyada ilk mən çatdırdım. Bu isə mənim üçün həyatımda heç zaman yaddaşımdan silinməyəcək bir hadisə oldu”, - deyə Faiq vurğulayıb. (Bizim.Media )

Oxşar Xəbərlər