MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Tanınmış müğənni musiqi karyerasını bitirdiyini açıqladı

YurKiss təxəllüsü ilə tanınan rusiyalı müğənni Yuri Kiselev musiqi karyerasını bitirdiyini açıqlayıb. 32gun.qz bildirir ki, o, bu barədə dekabrın 20-də "İnstaqram" hesabında məlumat verib.

Kiselev bu qərarı həyati dəyərlərini yenidən düşünərək verdiyini izah edib. O, özünü yeni layihələrə, işlərə həsr etmək istədiyini bildirib. "Mən aydın bir nəticəyə gəldim: YurKiss hekayəsi məntiqi sona çatdı" -deyə sənətçi bildirib.

YurKiss səhnəyə ilk dəfə 2012-ci ildə çıxıb - həmin vaxt onun 15 yaşı olub. O, "Ringing" mahnısı ilə debüt etdi. Karyerası ərzində o, sənətçilər Lyusya Çebotina, Vladimir və Qriqori Lepslə duetlər edib. 
Nilay

Oxşar Xəbərlər