Məşhur müğənninin 79 yaşlı həyat yoldaşı plastik əməliyyat olunub? (FOTO)
Türkiyənin məşhur sənətçisi Orhan Gencebayın həyat yoldaşı Sevim Emre tez-tez sosial şəbəkədəki paylaşımları ilə gündəmə gəlir.
32gun.az bildirir ki, S.Emre nəhayət ki, haqqında estetik iddialara cavab verib.
Plastik əməliyyat etdirdiyi ilə bağlı iddiaları təsadüfən gördüyünü deyən müğənninin həyat yoldaşı iddialarla bağlı bunları deyib:
"Zarafat edirsiniz? Bu xəbəri təsadüfən gördüm. Mən qəhqəhə çəkdim. Çox üzüləcəksiniz, amma mən heç vaxt plastik əməliyyat etdirməmişəm.
Qorxaq olduğum üçün iynə vurduranda da narahatlıq keçirirəm. Rəbbim məni gözəl yaratdı, şükür Allaha. Çox maraqlanırsınızsa, həkimlə məsləhətləşin, rahatlayacaqsınız".
Xatırladaq ki, Əskişəhərli Sevim Əmrə 2 iyul 1944-cü ildə anadan olub. 1963-cü ildə gözəllik müsabiqəsində birinci yeri qazanıb.
Beyrutda keçirilən gözəllik yarışmasında Türkiyəni təmsil edən Sevim Əmrə Avropada 4-cü seçilib. Gözəllik yarışmalarında uğuru ilə diqqət çəkən Sevim Əmrə daha sonra kino karyerasına addım atıb. İlk aktyorluq təcrübəsini 1961-ci ildə "Kızıl Vazo" filmində yaşasa da, daha sonra bir çox filmlərdə kamera qarşısına keçib.
Nilay