HADİSƏ
SON DƏQİQƏ: Mebel sexində daha bir partlayış oldu
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.
"32gun.az"ın məlumatına görə, FHN əməkdaşları axtarış apararkən daha bir partlayış baş verib.
Partlayışa səbəb yanğın nəticəsində panelin qızması olub.
Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Yanğın davam edir.