HADİSƏ
Elvin Ələkbərov öldürüldü (YENİLƏNİB)
Cinayət əməlini törətməkdə şübhəli bilinən, Elvin Ələkbərovun qayınatası 1975-ci il təvəllüdlü Tayırov Tayır İdayət oğlu saxlanılıb.
Bu barədə "32gun.az"a Daxili İşlər Nazirliyindən bildirilib.
Araşdırma aparılır.
***
15:46
Yanvarın 18-də saat 15 radələrində Abşeron rayonu Saray qəsəbəsində 1989-cu il təvəllüdlü Ələkbərov Elvin Seyidpirəli oğlunun kəsilmiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən "32gun.az"a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.