HADİSƏ
Faciəli şəkildə ölən 20 yaşlı gənc görün kimimiş
Şəmkirdə ölümlə nəticələm yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Opel" markalı minik maşını yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü, 2004-cü il təvəllüdlü Elvin Bayramov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.