Könülləri fəth edən Barış Manço haqqında maraqlı fakt - İlk dəfə danışıldı
Milyonlarla insanın qəlbini fəth edən, az qala beş dildə ana dili kimi danışan və ona nə zaman “ən gözəl dil hansıdır?” dedikdə “ən şirin dil ana dilimdir”cavabını verən Barış Mançonun ölümündən 23 il keçir.
“Ölkə.Az” “jasmin”ə istinadən xəbər verir ki, illər sonra oğlu Doğukan Manço atası haqqında indiyədək heç kimin bilmədiyi sirri açıb.
Doğukan Manço atası ilə bağlı bu sözləri dilə gətirib:
“İkinci Dünya müharibəsi zamanı əmim dünyaya gəlir və o dövrün dəb adlarına uyğun olaraq onun adı “Savaş” qoyulur. İllər sonra insanlar sülh həsrəti ilə müharibənin bitməsini gözlədiyi bir vaxtda atam dünyaya gəlir.
Atamın ilk adı babasının adını Mehmet Abdi Mançonun adını yaşatmaq məqsədi ilə “Mehmet” qoyulur. Bibim İnci Manço dediyinə görə, onların Yusuf Ulcay adlı yaxınları 1942-ci ildə vəfat edib. Atam isə 1943-cü ildə anadan olduğundan Yusifin adını yaşatmaq məqəsədi ilə atamın adına “Yusif” adı əlavə olunub.
Məsələ bununla da bitmir. Belə ki, atam xəstəxanada dünyaya gələrkən 5,5 kiloqram ağırlığında olub. Ona görə də doğuş evindəki tibb bacıları “Tosun” adının qoyulmasını təklif ediblər. Və nəticədə sənəddə onun adı “Tosun Yusuf Mehmet Barış Manço” olaraq qeyd edilir. Lakin 1954-cü ildə orta məktəbə gedərkən vətəndaşlıq qeydiyyatı şöbəsinə gedərək Barışın adındakı “Tosun Yusuf” hissəsi çıxarılır”.
Odur ki illər boyunca tanıdığımız Barış Mançonun ilk əsl adı Tosun Yusif Mehmet Barış Manço olub. Sonradan Tosu Yusif çıxarılır və Mehmet Barış Manço olur.