HADİSƏ
Ödənişli yolda ağır qəza - Xəsarət alan var
Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"32gun.az"ın məlumatına görə, hadisə ödənişli yolun Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsi ilə birləşməsində qeydə alınıb.
Belə ki, rayon sakini 1995-ci il təvəllüdlü Z.Müslümovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır.