HADİSƏ

Çaydan tapılan meyitin kimliyi müəyyən olundu

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində iyun ayının 1-də Tovuz çayının rayonun Bozalqı kəndindən keçən hissəsində naməlum kişi meyitin olması barədə məlumat daxil olub. 

"Unikal"ın məlumatına görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmlar nəticəsində şəxsin  1950-ci il təvəllüdlü, Tovuz rayon Düz Cırdaxan kənd sakini olan Valeh Rüstəmov olması müəyyən olunub.

Hazırda faktla bağlı Tovuz Raypn Prokurorluğunda araşdırma aparılır.

Oxşar Xəbərlər