Şotlandiya komandası qorxaqlıqda günahlandırılır
Rusiyalı baş məşqçi Sergey Taşuev Şotlandiya millisinin Avro-2024-ün qrup mərhələsində Almaniyaya 1:5 hesabı ilə uduzmasını şərh edib.
32gun.az bildirir ki, bu barədə Sport24.az xəbər verib.
“Şotlandların bu gün oynadıqları kimi, ilk Avro matçında meydana çıxa bilməzsiniz! Almanlara qarşı qorxulu və qorxaq futbol nümayiş etdirdilər. Çox dişsizdir”, - Taşuev bildirib.
Artıq fasiləyə kimi turnirin ev sahibləri 3:0 öndə idi - Florian Wirtz, Camal Musiala və Kai Havertz bir qol vurdular . Eyni zamanda, Rayan Porteousun İlkay Gündoğana qarşı etdiyi kobudluğa görə verilən penaltidən Havertz öz qolunu vurub. Porteous bu qayda pozuntusuna görə qırmızı vərəqə alıb.
Görüşün ikinci yarısında Niklas Füllkrug dördüncü qolu şotlandların qapısına göndərdi. Sonda Şotlandiya Antonio Rudigerin öz qapısına vurması sayəsində bir qolu geri çəkdi. Əmrə Can matça əlavə vaxtda son qoyub.
Ayxan