HADİSƏ

"The Mood" restoranı yanır

Bakıda kafedə yanğın başlayıb.

FHN-dən "32gun.az-a verilən məlumata görə, nazirliyin 112 qaynar telefon xəttinə Bakının Nərimanov rayonu, Atatürk prospektində yerləşən kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in DYNX qüvvələri əraziyə cəlb olunub.

***14:47

Atatürk parkında fəaliyyət göstərən restoranlardan birində yanğın başlayıb. 

“32gun.az” xəbər verir ki, obyektdəki yanğının söndürülməsi məqsədilə əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.

Oxşar Xəbərlər