SİYASƏT
Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Burkina Fasonun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinta Somenin etimadnaməsini qəbul edib.
***15:42
Prezident İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.
"32gun.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls Robert Armiteycin etimadnaməsini qəbul edib.