MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Ledi Qaqa nişanlısı ilə görüşdə geyindiyi ayaqqabıya görə tənqid edilib

Müğənni Ledi Qaqa nişanlısı Maykl Polanski ilə görüşdə təhlükəli ayaqqabı geyindiyi üçün tənqid edilib. 

33gub.az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb .

Nişanlısı Maykl Polanski ilə Malibuda görüşmək üçün Ledi Qaqa uzunqollu qara mini paltar və hündür platformalı və dabanlı çəkmələri seçib. Lakin pərəstişkarları müğənninin imicinə qiymət verməyib, bunun təhlükəli ayaqqabı olduğunu bildiriblər.

“O, bu dabanda necə gəzir?”, “Dəhşətli ayaqqabılar”, “Ayaqqabıları təhlükəlidir və köhnəlmişdir” deyə bildirilib.

Ledi Qaqa 2019-cu ildən sahibkar Maykl Polanski ilə münasibətdədir. Harvard Universitetinin məzunudur . Polanski , Facebook-un həmtəsisçisi Şon Parker tərəfindən yaradılan Parker Qrupunun xeyriyyə layihələrində iştirak edib.

Nilay

Oxşar Xəbərlər