HADİSƏ
Qazaxda 43 yaşlı kişini maşın vurub öldürdü - YENİLƏNİB
Qazaxda avtomobilin vurduğu 43 yaşlı piyada xəstəxanada ölüb.
"32gun.az"ın məlumatına görə, piyada 1981-ci il təvəllüdlü Rövşən Nəbiyevin həyatını xilas etmək mümkün olmayıb.
***
09:02
Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"32gun.az-ın məlumatına görə, rayon sakini 1981-ci il təvəllüdlü Rövşən Nəbiyev yolu qarşı tərəfə keçmək istəyən zaman hərəkətdə olan minik maşını onu vurub.
Piyada xəstəxanaya çatırılıb, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.