Kanadanın Kvebek əyalətinin qərb hissəsində 4,1 bal gücündə zəlzələ baş verib və yeraltı təkanları Ottava və Monreal sakinləri hiss ediblər. Bu, Kanada hökumətinin dekabrın 29-da baş vermiş zəlzələ ilə bağlı məlumatlarından irəli gəlir.
Bildirilir ki, seysmik hadisənin mənbəyi 18 km dərinlikdə, episentri isə Ottavadan təxminən 130 km şimalda yerləşən Manivaki kəndindən 75 km şimal-qərbdə olub. Tələfat və dağıntı olmayıb.
32gun.az bildirir ki, CTV kanalının məlumatına görə, ətraf icmaların və kiçik şəhərlərin, eləcə də Ottava və Monrealın bir sıra ərazilərinin sakinləri yeraltı təkanlar hiss etdiklərini bildiriblər. Belə ki, sakinlərdən biri yeraltı titrəyişlər nəticəsində evinin damından qar yağdığını iddia edib.
Ayxan