Rumıniyanın NATO-dakı səfiri Macarıstanın alyansdakı nümayəndə heyətinin həmkarları arasında “Böyük Macarıstan”ın xəritələri olan atlas yaymasından narazılığını bildirib.
32gun.az bildirir ki, bu barədə "Agerpres" agentliyi məlumat yayıb.
Mübahisəyə səbəb Macarıstanın NATO-dakı səfiri İştvan Baloqun Xorvatiyanın xarici işlər naziri Qordan Radmana hədiyyəsi - “Böyük Macarıstan” xəritələri olan atlas olub.
Rumıniya Xarici İşlər Nazirliyi atlasın yayılmasını “Rumıniya və Macarıstan arasındakı strateji tərəfdaşlığa münasibətdə təxribat xarakterli” adlandırıb.
“Böyük Macarıstan” ərazisinə Trianon Müqaviləsinə əsasən Birinci Dünya Müharibəsi nəticəsində Macarıstanın itirdiyi torpaqlar, o cümlədən hazırda Rumıniyaya məxsus olan Transilvaniya da daxil olan ölkədir”, - Rumıniya Xarici İşlər Nazirliyi bildirib.
Rumıniya Xarici İşlər Nazirliyinin öz mövqeyini macar həmkarlarına ilk dəfə açıqlaması deyil.
“Xarici İşlər Nazirliyi öz mövqeyini bir daha bəyan edir və bu, daim Macarıstan hakimiyyətinə çatdırılır”, - Rumıniya Xarici İşlər Nazirliyi bildirib.
Rumıniyalı diplomatların fikrincə, bu cür hərəkətlər tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə kömək etmir.
Nilay