Moskva Qərb ölkələrində Rusiya KİV-lərinin Telegram kanallarının bloklanmasına simmetrik cavab vermək hüququnu özündə saxlayır.
32gun.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib .
Onun sözlərinə görə, demək olar ki, bütün Aİ ölkələrində yerli yayımçıların Telegram kanalları, xüsusən də RİA Novosti, İzvestiya, RT, Rossiyskaya qazeta, Birinci Kanal, Rossiya 1 telekanalı, NTV kanalları bağlanıb.
“Bizim mediaya qarşı bu və buna bənzər hücumlar Rusiya tərəfinin diqqətindən yayınmayacaq. Biz simmetrik cavab tədbirləri hüququnu özümüzdə saxlayırıq”, - Zaxarovanın Xarici İşlər Nazirliyinin saytındakı şərhində deyilir.
Agentlik xəbər verir ki, daha əvvəl məlum olub ki, RİA Novosti Telegram kanalı Polşa, Belçika, İsveçrə, Yunanıstan, Çexiya və İtaliyada əlçatmaz olub .
Ayxan