The Telegraph onun sağ qalma şansının 50 faiz olaraq qiymətləndirildiyini qeyd edib.
32gun.az The Times”a istinadən yazır ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin leykemiya ilə mübarizə aparan həyat yoldaşı Əsma Əsəd doğulduğu Böyük Britaniyaya qayıda bilmir və orada müalicəsini davam etdirə bilmir.
Nəşrin yazdığına görə, onun Britaniya pasportunun müddəti 2020-ci ildə başa çatıb və bu, Əsədin Londona qayıtmasına əngəl törədir. Britaniya hakimiyyətinin ona sənədi yeniləməyə mane olub-olmaması, yoxsa onun özünün müddətinin bitməsinə icazə verib-vermədiyi bəlli deyil. Qadının Suriya vətəndaşlığı da var.
Britaniya Xarici İşlər Nazirliyindəki mənbələr qəzetə Suriyanın keçmiş birinci xanımının krallığın etibarlı pasportunun olmadığını təsdiqləyiblər. Bundan əlavə, departamentin rəhbəri İvette Kuper Əsədin səhhətindəki problemlərə görə onun Böyük Britaniyaya girişinə icazə verməyəcək, qəzetin həmsöhbətləri bildiriblər.
Ayxan