DÜNYA ÖZ XƏBƏR

Qar fırtınası Trampın qələbəsini təsdiqləməsinə mane olmayacaq

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Vaşinqtona yaxınlaşan qar fırtınası ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qələbəsinin təsdiqlənməsinə mane olmayacaq.

32gun.az bildirir ki, bu barədə o, Fox News-a müsahibəsində bildirib.

“Səslərin sayılması haqqında qanun bunu 6 yanvar saat 13:00-da tələb edir. Beləliklə, fırtınada olsaq da, olmasaq da, bunu etmək üçün palatada olacağıq”, RİA Novosti onun sözlərini sitat gətirir .

Conson həmçinin ümid etdiyini bildirib ki, qar fırtınasına baxmayaraq, konqresmenlər tam tərkibdə Kapitoliyə toplaşacaqlar.

Bundan əvvəl Vaşinqton gözlənilən qar fırtınası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Ayxan 

Oxşar Xəbərlər