Azərbaycan əsilli Türkən Fərziyeva (27) İstanbulda, Bahçelievlerdə qardaşı tərəfindən bıçaqlanaraq öldürülüb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə cümə axşamı səhər saatlarında Bahçelievler Zəfər Məhəlləsində baş verib.
Azərbaycan vətəndaşı olduğu bildirilən Farsat Fərziyeva (23) açıq geyindiyi üçün böyük bacısı Türken Fərziyeva (27) ilə mübahisə etməyə başlayıb. Mübahisə getdikcə böyüyüb və Farsat Fərziyev bıçağı götürərək bacısına bir neçə bıçaq zərbəsi vurub. Yerə yıxılan qadın ağır yaralanıb.
Hadisəni törədən qardaşı polisə zəng edib və olayla bağlı xəbər verib. Polis əməkdaşları ağır yaralanan qadın üçün hadisə yerinə təcili yardım əməkdaşları göndərib. Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra səhiyyə əməkdaşları ağır yaralı qadını təcili yardım maşını ilə xəstəxanaya çatdırıblar. Türkən Fərziyeva xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.
Bıçaqla hücum edən şəxs saxlanılaraq polis bölməsinə aparılıb. Hücum edən qardaş tutularaq həbsxanaya göndərilib.
Ayxan