Trabzonda 2024-cü ildən etibarən xarici cütlərin evlilik müraciətlərində rekrd artım var.
Ortahisar Bələdiyyəsi il ərzində ümumilikdə 34 fərqli ölkədən olan cütlüyün toy mərasimlərini reallaşdırıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Evlilik üçün ən çox müraciət edən ölkə 23 müraciətlə Əfqanıstan olub. İkinci isə Suriya olub, 22 müraciətlə...
Digər əcnəbi cütlüklərin müraciətləri belə sıralanıb:
Rusiya (17), Almaniya (16), Azərbaycan (14), İran (8), Özbəkistan (7), Gürcüstan (7), İraq (6), Fələstin (4), Avstriya (3), Qırğızıstan (3), Türkmənistan (3), Əlcəzair (2), Belarusiya (2), İordaniya (2), Qazaxıstan (2), Ukrayna (1), Pakistan (1), Böyük Britaniya (1) , Kanada (1), ABŞ (1), Tunis (1), İsveçrə (1), Braziliya (1), Moldova (1), Kosovo (1), Cənubi Koreya (1), Danimarka (1), Norveç (1), Kamerun (1), Tacikistan (1), Səudiyyə Ərəbistanı (1) və Belçika (1).
Nilay