DÜNYA ÖZ XƏBƏR

HƏMAS İsraillə mübadilə üçün 34 girovun siyahısını təsdiqləyib

Fələstinin Həmas hərəkatı İsraillə mübadilə üçün 34 girovun siyahısını təsdiqləyib.

32gun.az bildirir ki, bu barədə Reuters hərəkatın adı açıqlanmayan rəsmisinə istinadən yazır.

“Həmas sözçüsü bildirib ki, hərəkat razılaşmanın bir hissəsi kimi geri qaytarılması planlaşdırılan 34 israilli girovun siyahısını təsdiqləyib”, - məlumatda deyilir.

Bununla belə, agentlik qeyd edir ki, İsrailin baş naziri Benyamin Netanyahunun ofisi HƏMAS-ın girovların siyahısını təqdim etmədiyi barədə bəyanat yayıb.

Bundan əvvəl HƏMAS hərəkatının Qəzza zolağında saxlanılan girovların siyahısını Misir nümayəndələrinə təhvil verdiyi bildirilib. 

Oxşar Xəbərlər