DÜNYA ÖZ XƏBƏR

Tramp Baydendən şikayət edib

Amerika lideri Co Bayden hakimiyyətin ötürülməsini çətinləşdirir.

32gun.az bildirir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində bildirib. 

"Bayden hakimiyyətin keçidini mümkün qədər çətinləşdirmək üçün əlindən gələni edir"  Tramp deyib.

O qeyd edib ki, bunu Bayden administrasiyasının ətraf mühit və neft hasilatı ilə bağlı son qərarları sübut edir. Tramp artıq bildirib ki, o, Baydenin ABŞ-ın kontinental şelfində neft və qaz hasilatını qadağan etmək qərarını ləğv edəcək.

Bazar ertəsi, yanvarın 6-da ABŞ Konqresi Donald Trampı 60-cı prezident seçkilərinin qalibi elan edib . Beləliklə, o, ABŞ-ın 45-ci və 47-ci prezidenti olacaq. Noyabrın 5-də keçirilən seçkilərin nəticələrinə görə, Tramp tələb olunan 270 seçici səsindən 312-ni və 77,3 milyon səsi toplayıb.

Ayxan 

Oxşar Xəbərlər