Abxaziya prezidentliyinə namizədlər irəli sürən üç təşəbbüs qrupu Kana Kvarçia, Şamil Adzinba və Beslan Kvitsiniya Mərkəzi Seçki Komissiyasından ərizələrini geri götürüblər.
32gun.az bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Dmitri Marşaniya keçirdiyi brifinqdə məlumat verib.
"Kana Kvarchia səhhəti ilə əlaqədar namizədliyini geri götürdü, Beslan Kvitsinia namizədliyinə razı olmadı, Şamil Adzinba isə partiyadan seçkilərdə iştirakını dayandırmaq üçün bəyanat təqdim etdi", - Marşaniya qeyd edib.
RİA Novosti xəbər verir ki , ümumilikdə Abxaziyanın Mərkəzi Seçki Komissiyası prezident postuna namizədlər təklif edən beş təşəbbüs qrupunun imza vərəqələrini alıb . Bunlar Badra Qunba, Oleq Bartsits, Adqur Ardzinba, Robert Arşba və Adqur Xurxumaldan ibarət qruplardır.
“Qeydiyyatın son günü, yanvarın 6-da biz beş təşəbbüs qrupunu qeydə aldıq, növbəti on gün ərzində prezidentliyə namizədlərin qeydə alınması prosesi baş tutacaq”, - Abxaziya Mərkəzi Seçki Komissiyasının rəhbəri qeyd edib.
Növbədənkənar prezident seçkiləri fevralın 15-nə təyin edilib.
Ayxan