DÜNYA ÖZ XƏBƏR

Trampın tarif siyasətindən əl çəkdiyini inkar etməsindən sonra dollar ucuzlaşmağa başlayıb

ABŞ dolları indeksi yeni seçilmiş prezident Donald Trampın yeni administrasiyasının əvvəllər vəd etdiyindən daha az aqressiv tarif siyasəti yürüdəcəyi barədə xəbərləri təkzib etməsindən sonra düşüb.

32gun.az bildirir ki, bu barədə yanvarın 6-da Reuters agentliyi məlumat yayıb .

Yen və avro daxil olmaqla valyutalar səbətinə nisbətdə məzənnəni ölçən dollar indeksi 0,73% azalaraq 108,17-ə düşüb.

“The Washington Post ” (WP) Trampın köməkçilərinin bütün ölkələrə şamil ediləcək, lakin yalnız milli və ya iqtisadi təhlükəsizlik üçün kritik hesab edilən bəzi sektorları əhatə edəcək tarif planlarını araşdırdıqlarını bildirdikdən sonra Avropa valyutaları bahalaşıb.

Qeyd edilib ki, bu, ABŞ-ın yeni seçilmiş prezidentinin daha geniş rüsumlarla bağlı seçkiqabağı vədindən əhəmiyyətli dəyişikliyə səbəb olacaq.

Sosial şəbəkələrdəki paylaşımında Tramp hekayəni yanlış və “saxta xəbərlərin daha bir nümunəsi” adlandırıb.

Ayxan 

Oxşar Xəbərlər