DÜNYA ÖZ XƏBƏR

"Boeing 737” təyyarəsi stabilizatorun nasazlığı səbəbindən təcili eniş edib

Boeing 737 sərnişin təyyarəsi stabilizatorun nasazlığı səbəbindən Moskvanın Vnukovo hava limanına məcburi eniş edib.

32gun.az bildirir ki, RİA Novosti bu barədə fövqəladə hallar xidmətinə istinadən yazıb. 

Materialda dəqiqləşdirilir ki, təyyarənin göyərtəsində 173 sərnişin olub.

“Təyyarə stabilizatorun nasazlığı səbəbindən Vnukovo hava limanına məcburi eniş edib. Eniş problemsiz keçdi”, - agentliyin mənbəsi qeyd edib.

Yanvarın 7-də Mash Telegram kanalı xəbər verib ki, Boeing 737 təyyarəsi təcili olaraq Moskvanın Vnukovo hava limanına enəcək. 

Uçuş zamanı ekipaj üzvləri təyyarədə texniki nasazlıq aşkarlayıb və təcili eniş tələb ediblər. Mütəxəssislər tərəfindən yoxlanıldıqdan və yaranan problemlər aradan qaldırıldıqdan sonra təyyarənin Özbəkistana uçuşunu davam etdirəcəyi gözlənilir.

Nilay 

Oxşar Xəbərlər