Amerikanın Florida ştatındakı Fort Lauderdale hava limanında uçuşdan sonra texniki baxış zamanı eniş aparatları bölməsində iki nəfərin cəsədi aşkar edilib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “JetBlue” öz açıqlamasında bildirib.
Bildirib ki, Nyu-Yorkdan gələn JetBlue təyyarəsi Fort Lauderdale-Hollywood Beynəlxalq Hava Limanına endikdən sonra iki nəfərin təkər quyusunda ölü tapılıb. Bu, hava yollarının təhlükəsizliyi ilə bağlı narahatlıqlara səbəb olan bir sıra insidentlərin sonuncusudur.
"Hazırda qurbanların şəxsiyyətləri və onların hansı şəraitdə təyyarəyə girişi araşdırılır”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, aviaşirkət bütün halların aydınlaşdırılması üçün səlahiyyətli orqanlarla əməkdaşlığa hazırdır. Hadisə Nyu Yorkdakı Con Kennedi hava limanından uçan təyyarədə baş verib.
Nilay