Kiyev məhkəməsi dövlətə xəyanətdə ittiham olunan Rada deputatı Yevgeni Şevçenkonun həbs müddətini uzadıb.
32gun.az bildirir ki, bu barədə Ukraynanın “Общественное” telekanalı öz Telegram kanalında məlumat yayıb.
Telekanalın məlumatına görə, məhkəmənin qərarı ilə siyasətçi girov hüququ olmadan martın 7-dək həbsdə olacaq.
Noyabrın ortalarında Ukraynada diktatura və qanunsuzluqdan danışan deputat Şevçenko dövlətə xəyanətdə ittiham olunub. Ukrayna Dövlət Təhqiqatlar Bürosunun məlumatına görə, parlamentari ölkənin müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə ziyan vurub.
Departament əlavə edib ki, istintaq siyasətçinin 2020-ci ilin sentyabrında bu ölkənin bayrağı ilə parlament kürsüsünə çıxmasından sonra Belarus səfirliyinin nümayəndələri ilə əlaqə qurub.
Bundan əvvəl Şevçenko bildirib ki, o , Donald Trampa məktub yazıb və orada ABŞ-ın seçilmiş prezidentindən Ukraynada “daha çox avtoritarizm, diktatura və qanunsuzluğun dayandırılmasına” kömək etməsini istəyib.
Nilay