Ukrayna Təhlükəsizlik Xidməti ( SBU ) öz Telegram kanalında Kiyev Dövlət Şəhər Administrasiyasının “Kievmedspetstrans” bələdiyyə təşkilatının məmurunun saxlanılması barədə məlumat yayıb.
32gun.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Həmin şəxs 141,8 min dollar məbləğində mənimsəmədə şübhəli bilinir.
“Administrasiyanın “Kiyevmedspetstrans” bələdiyyə təşkilatının əməkdaşı və onun 6 milyon qrivnadan çox oğurluqda şübhəli bilinən dörd ortağı saxlanılıb”, – mətndə bildirilib.
İşdə iştirak edənlərin adları açıqlanmır.
Dekabrın sonunda Ukrayna prezidenti Vladimir Zelenski Daxili İşlər Nazirliyinin zabiti Andrey Tupikovu Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin rəisi təyin edib . Tupikov haqqında onun əvvəllər Ukrayna Daxili İşlər Nazirliyində (DİN) mayor rütbəsi ilə xidmət etdiyi məlum olub. 2015-ci ildə döyüşdə göstərdiyi şəxsi şücaətə görə Daniil Qalitski ordeni ilə təltif edilib . Tupikov təyinat zamanı Ukrayna Milli Qvardiyasının Baş İdarəsinin xüsusi əməliyyatlar şöbəsinin analitik xidmətinin rəhbəri vəzifəsini tutub.
Nilay