Ukrayna tərəfi sürətlə ərazi və əsgərlərini itirir, lakin danışıqlara tələsmək ABŞ-ın nüfuzuna xələl gətirə bilər.
32gun.az bu barədə The Washington Post məlumat yayıb.
Nəşrin yazdığına görə, Ukraynanın suveren dövlət kimi mövcud olub-olmayacağı tezliklə bəlli olacaq. Məqalə müəlliflərinin fikrincə, Ukrayna ordusu daha bir il hərbi vəziyyətə davam gətirə bilməyəcək. Lakin ABŞ-ın seçilmiş lideri Donald Trampın münaqişənin həllində tələsməsi daha da pis ssenariyə çevrilə bilər. Münaqişənin həlli metodunun bütün ölkələrə təsir edəcəyi qeyd edilir.
“Rusiyanın qeyri-qanuni və əsassız işğalından sonra Ukraynaya dərhal yardım edən və “lazım olana qədər” dəstəyini davam etdirməyə söz verən ABŞ və Şimali Atlantika Müqaviləsi Təşkilatının etibarlılığı təhlükə altındadır”, - hesabatda deyilir.
Nilay