Amerikanın "Getty Images" foto agentliyi və "Shutterstock" fond fotoqrafiya xidməti süni intellekt (AI) texnologiyalarına əsaslanan xidmətlərin populyarlığının artması fonunda birləşmə haqqında elan edib
32gun.az bildirir ki, The Verge yazıb.
Nəşr qeyd edir ki, birləşmə qərarı hər iki şirkətə öz stok foto kitabxanalarını genişləndirməyə imkan verəcək.
Birləşmiş şirkət Getty Images Holdings, Inc adlanacaq və Shutterstock müstəqil sayt kimi fəaliyyətini davam etdirəcək.
Shutterstock-un baş direktoru Paul Hennessi verdiyi açıqlamada, "Kreativ məzmun kitabxanamızı genişləndirmək və müxtəlif müştəri ehtiyaclarını ödəmək üçün məhsul təklifimizi artırmaq üçün gördüyümüz imkanlar bizi həyəcanlandırır" bildirib.
“The Verge” yazır ki, hər iki şirkət mətni şəkillərə çevirməyə imkan verən süni intellekt xidmətlərinin artan populyarlığına düzgün cavab verməyə çalışır. Məsələn, 2023-cü ildə Getty Images lisenziyalı fotoşəkillər kitabxanasından şəkil seçən bir şəkil generatorunu işə saldı. Elə həmin il şirkət Picsart ilə birlikdə süni intellektlə işləyən başqa bir görüntü generatoru yaradıb.
Nilay