DÜNYA ÖZ XƏBƏR

Tramp Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq istəyir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Meksika körfəzinin adını Amerika Körfəzi adlandırmaq planlarını açıqlayıb.

32gun.az bildirir ki, o, bu barədə Mar-a-Laqodakı iqamətgahında keçirdiyi mətbuat konfransında bildirib.

"Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətindəyik. Bu, əla səslənir və geniş ərazini - Amerika körfəzini əhatə edir. Nə gözəl addır! Bu, tamamilə uyğundur", - Tramp deyib.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da müraciətində Meksikanın miqrasiya siyasətini tənqid edərək, ölkəni ABŞ-a daxil olan miqrant və narkotik axınına kifayət qədər nəzarət etməməkdə ittiham edib.

Nilay 

Oxşar Xəbərlər