Suşi barının tualetinə buraxılmayan şəxs binaya hava qumbarası atıb.
32gun.az bildirir ki, məlumatı "Политика Страны" nəşri dərc edib.
Qeyd olunur ki, hadisə Ukraynanın Nikolaev şəhərində baş verib.
Nəşrin Teleqram kanalında yerləşdirilən kadrlarda bir nəfərin suşi barının qapısını açaraq otağa hava qumbarası atması, bundan sonra ziyarətçilərin və işçilərin partlayışdan dəhşət içində qaçması göstərilir. Zərərçəkənlər barədə məlumat verilmir.
Dekabrın 20-də səhər saatlarında Moskva fastfud restoranında müştəri pulun qaytarılmasına baxmayaraq, ləğv edilmiş sifarişin geri qaytarılmasını tələb edib. İmtina etdikdən sonra o, işçiləri qumbaraya bənzər əşya ilə hədələyib , daha sonra isə yemək torbası ilə qaçıb.
Ayxan