DÜNYA ÖZ XƏBƏR

Panama kanalının ABŞ-ın nəzarətinə qaytarılması məsələsi müzakirə olunur - Tramp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp artıq Panama hakimiyyəti ilə Panama kanalının Vaşinqtonun nəzarətinə qaytarılması məsələsini müzakirə edir.

32gun.az bildirir ki, bu barədə jurnalistlərlə söhbətində siyasətçinin özü məlumat verib.

Onun sözlərinə görə, Panama hakimiyyəti ABŞ hərbi dəniz gəmilərinin keçidi üçün digər dövlətlərin gəmilərinin keçməsindən daha çox ödəniş alır.

"Onlar bizə gülürlər, çünki bizi axmaq hesab edirlər, lakin biz artıq axmaq deyilik. Hazırda onlarla Panama kanalı müzakirə olunur", - Tramp deyib.

Ayxan 

Oxşar Xəbərlər