Krakovda çoxmərtəbəli binanın sakinləri girişdə toyuq gəzdiyinə görə polisə müraciət ediblər. Bu barədə Facebook-da Krakov şəhər mühafizəsi məlumat yayıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, Vroclavska küçəsində yerləşən hündürmərtəbəli binanın sakini növbətçi şöbəyə zəng edərək mərtəbələrdə gəzən toyuqdan şikayət edib. Bu xəbərə cavab verən polis əməkdaşları ünvana gəlib və qısa müddətdə ev quşlarını göstərilən yerdə aşkar ediblər.
Toyuğun kimə məxsus olduğunu araşdırmayıblar və polis bölməsinə aparıblar. Sonda yumurtlayan toyuq ona sığınacaq verən Damazlıq Mərkəzinin əməkdaşlarına təhvil verilib.
Nilay