Yaponiyanın Okinava prefekturasının polis məmurları yerli sakini zorlayan amerikalı əsgərə qarşı qaldırılan işin materiallarını prokurorluğa təhvil verib.
32gun.az bildirir k, bu barədə Yaponiyanın Kyodo agentliyi yazıb.
Jurnalistlərin sözlərinə görə, qadın 2024-cü ilin noyabrında hücuma məruz qalıb. Materialda başqa təfərrüatlar verilmir.
Nəşr vurğulayır ki , ölkədə yerləşən Amerika hərbi bazalarının əksəriyyəti Okinavada cəmləşib . Yerli sakinlər mütəmadi olaraq bu məsələ ilə bağlı narazılıqlarını bildirirlər, çünki prefekturada çoxlu sayda ABŞ Silahlı Qüvvələri əsgərinin olması daim qalmaqallara səbəb olur.
Dekabrın 23-də minlərlə Okinavalı 15 yaşlı məktəbli qızın zorlanmasına görə Amerika hərbçilərindən üzr istəməsi və təzminat tələb edərək etiraz aksiyası keçirdi . Mitinqdə prefektura qubernatoru Denni Tamaki də iştirak edib. Onun sözlərinə görə, bir çox yaponlar ABŞ hərbi bazalarının əməkdaşları ilə “narahatlıq içində birgə yaşamağa” məcburdurlar.
Nümayişin səbəbi 2023-cü ilin sonunda baş verən insident olub. Amerikalı hərbçi azyaşlı qızı aldadaraq mənzilinə soxub, sonra isə zorlayıb. Daha sonra həmin şəxs saxlanılıb və 5 il müddətinə azadlıqdan məhrum edilib.
Nilay