Ləninqrad vilayətinin Vsevolojsk rayonunda 29 yaşlı kişi anasının mənzilində yad bir cütlük aşkarlayıb və nəticədə xəstəxanalıq olub.
32gun.az bildirir ki, bu barədə 78.ru saytı məlumat yayıb.
Məlumata görə, kişi əlavə işdən sonra anasının evinə gedib və burada naməlum cütlüyü intim vəziyyətdə görüb. O, bu mənzərə qarşısında hiddətlənib və cütlüyü evdən çıxarmağa çalışıb. Lakin həmin şəxslər evi tərk etməkdən imtina ediblər.
Mübahisə zamanı cütlükdən biri kişinin qulağını dişləyərək xəsarət yetirib. Bir müddət sonra həmin şəxslər evi tərk edib. Zərərçəkmiş şəxs tibb işçilərini çağırıb, onlar ona ilkin tibbi yardım göstəriblər.
Hazırda zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib və polis hadisənin bütün detalları ilə bağlı araşdırma aparır.
Ayxan