Bryansk üzərində bir sıra partlayışlar baş verib ki , bu da hava hücumundan müdafiə sisteminin işləməsi ilə bağlı ola bilər.
32gun.az bildirir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, şəhərin üstündəki səmada çoxlu parıltılar görünüb və güclü partlayış səsləri eşidilib. Yerli sakinlərin sözlərinə görə, telekanallar regionda raket təhlükəsi barədə xəbərdarlıq edir.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. Mümkün dağıntılar və tələfatla bağlı hələlik rəsmi məlumat yoxdur.
Ayxan