DÜNYA ÖZ XƏBƏR

Şəhərin qərb hissəsindəki kooperativinin binasını yandırılıb - Deputat şübhəli bilinir 

Moskvanın qərb hissəsində bir kişi yaşayış tikinti kooperativinin (JSK) binasını yandırıb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Moskva vaxtı ilə saat 20:30 radələrində Vernadskı Prospektindəki binada baş verib.

Şahidlərin sözlərinə görə, kişi JSK binasına daxil olub, yanıcı maye tökərək onu yandırıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və alov söndürülüb.

Təqsirkar saxlanılıb. İlkin məlumatlara görə, yandırma hadisəsində Moskva şəhər bələdiyyəsinin deputatı Aleksey Kungurow şübhəli bilinir. Onun bu hərəkətinin səbəbləri araşdırılır.

Ayxan 

Oxşar Xəbərlər