İranda kişi arvadını narkotik almaq üçün zinət əşyalarını satdıqdan sonra güllələyib.
32gun.az bildirir ki, bu barədə "Metro" nəşri yazıb.
Ötən həftə şəhərin İlam Universitetində işləyən Zəhra Şahbazi əvvəllər narkotik aludəçiliyindən xilas olmaq üçün uğursuz cəhd edən əri ilə mübahisə edib. Yanvarın 7-də o, arvadını tapança ilə vuraraq evi tərk edib.
28 yaşlı qadın ağır yaralanıb və hadisə yerində qanaxmadan ölüb. Hər şey onun yeniyetmə oğlunun gözü qarşısında baş verib. 14 yaşında ikən uşaq nikaha məcbur edildiyi iddia edilən zərərçəkənin arxasında 9 yaşlı qızı da qalıb.
Hadisədən bir müddət əvvəl Zəhranın əri onun qızıl-zinət əşyalarını satıb və əldə etdiyi gəliri narkotik almağa sərf edib. Həmin şəxs hazırda azadlıqdadır.
Nilay