DÜNYA ÖZ XƏBƏR

Hava limanında bıçaqlanma - Hücum edən şəxsin kimliyi məlum olub

Rusiya Hüquq-mühafizə orqanları Krasnoyarsk hava limanında kişiyə bıçaqla hücum edən hücumçunun şəxsiyyətini müəyyən edib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, onun Özbəkistandan olan 40 yaşlı Ümid Kaimov olduğu üzə çıxıb.

Telegram kanalının məlumatına görə, miqrant hava limanına bıçaqsız gəlib. Binanın birinci mərtəbəsində o, kafenin bar piştaxtasının üzərinə çıxıb, orada bıçaq və bir şüşə konyak götürüb. Bundan sonra o, 39 yaşlı Mansurbek T-yə hücum edib.

Hücum edən şəxsin sözlərinə görə, hücuma səbəb qısqanclıq olub. Eyni zamanda zərərçəkmiş Ümidi tanımadığını bildirib.

Ayxan 

 

Oxşar Xəbərlər