DÜNYA ÖZ XƏBƏR

Fitnes-klub müştərisinin ürəyi saunada dayandı

Yanvarın 13-də Moskvanın Akademik Korolyov küçəsində yerləşən bir fitnes-klubda 45 yaşlı daimi müştərinin ürəyi dayanıb.

32gun.az bildirir ki, bu barədə mk.ru məlumat yayıb.

Hadisədən əvvəl kişi yanvarın 10-da da eyni klubda olub. Bu gün səhər klubda paltarını dəyişən kişi birbaşa üzgüçülük hovuzuna gedib və 15 dəqiqə ərzində fasiləsiz brass üslubunda üzüb. Daha sonra isə saunaya keçib, amma oradan çıxmayıb.

40 dəqiqə sonra başqa bir müştəri fitnes-klubun işçilərinə müraciət edərək saunada oturan şəxsin uzun müddət hərəkətsiz qaldığını bildirib. Dərhal təcili yardım çağırılıb, lakin həkimlər kişini xilas edə bilməyiblər.

Kameraların görüntülərinə əsasən, həmin gün kişi özünü yaxşı hiss etmirdi. Sauna girişindən əvvəl divanda oturub dincəlib. Bir neçə nəfər ona qoşulmaq istəyib, lakin dərhal oranı tərk ediblər. Güman edilir ki, həmin şəxslər kişinin sərxoş və təhlükəli ola biləcəyini düşünüblər.

Nilay 

Oxşar Xəbərlər