DÜNYA ÖZ XƏBƏR

Husilər Təl-Əvivdə obyektə hipersəsli ballistik raketlə zərbə endirdiklərini bəyan ediblər

"Ənsar Allah" (husilər) hərəkatı Təl-Əvivdəki hədəfə hipersəsli "Fələstin-2" ballistik raketi ilə uğurlu zərbə endirdiklərini bəyan edib.

32gun.az bildirir ki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya "Əl-Məsirah" telekanalında açıqlama verib.

"Yəmən Silahlı Qüvvələrinin raket bölmələri hərbi əməliyyat keçirərək işğal olunmuş Yaffo (Təl-Əviv) bölgəsindəki İsrail düşməninə məxsus kritik hədəfi "Fələstin-2" hipersəsli ballistik raketi ilə vurdu. Əməliyyat uğurla başa çatıb", – deyə Sariya bildirib.

Bundan əvvəl Yəhya Sariya husilərin ABŞ-ın USS Harry Truman aviadaşıyıcısına hücumu barədə məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində gəmi Qırmızı dənizin şimal hissəsinə köçməyə məcbur olub.

Ayxan 

Oxşar Xəbərlər