DÜNYA ÖZ XƏBƏR

Co Baydenin reytinqi tarixi minimuma düşüb

ABŞ prezidenti Co Baydenin fəaliyyəti ilə bağlı təsdiq reytinqi 35,6%-ə enib.

32gun.az bildirir ki, bu barədə yanvarın 13-də FiveThirtyEight sorğu məlumatlarını paylaşan platforma xəbər verib.

Məlumata görə, əhalinin yalnız 35,6%-i Baydenin prezident kimi fəaliyyətini dəstəkləyir, 57,1%-i isə onun işindən narazıdır. Bu, hazırkı prezidentin vəzifədə olduğu müddətdə ən aşağı təsdiq reytinqi hesab olunur.

Xatırladaq ki, 2024-cü ilin iyulunda Baydenin reytinqi yeni minimum həddə düşərək 36% təşkil etmişdi. Gallup araşdırma şirkətinin məsləhətçisi Meqan Brenanın sözlərinə görə, Baydenin seçki yarışından çəkilməzdən əvvəl fəaliyyəti ilə bağlı təsdiq reytinqi prezidentliyi dövründə ən aşağı səviyyədə idi.

Nilay 

Oxşar Xəbərlər