DÜNYA ÖZ XƏBƏR

Mişustin Vyetnama iki günlük rəsmi səfərə gedib

Rusiyanın baş naziri Mixail Mişustin iki günlük rəsmi səfərlə Vyetnama gedb. 

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə yanvarın 13-də Rusiya hökumətinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Səfər zamanı ikitərəfli münasibətlərin geniş spektrinin, o cümlədən elmi-texniki, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.

Nəqliyyat, energetika, sənaye və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə diqqət yetiriləcək.

Danışıqların sonunda bir sıra birgə sənədlərin imzalanmasının nəzərdə tutulub. 

Ayxan 

 

Oxşar Xəbərlər