ABŞ-da keçmiş məhkum nişanlısını evlilik təklifindən bir gün sonra öldürüb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da keçmiş məhkum DJ Melo yeni il şənliyi zamanı nişanlısı Elizabet Maldonadonu qətlə yetirib. Hadisə, Melonun sosial şəbəkədə nişanlısına romantik evlilik təklifi videosu paylaşmasından bir gün sonra baş verib.
Polis Maldonadonun cansız bədənini səhər saatlarında Çiftlik məhəlləsində aşkarlayıb. Qətlə yetirilən qadının iki övladı həm anasız, həm də atasız qalıb. Maldonadonun ailəsi bağış kampaniyası başladaraq uşaqların gələcəyinin qeyri-müəyyən olduğunu bildirib.
Məlum olub ki, Melo 2010-cu ildə bir qadına cinsi təcavüz etdiyinə görə məhkum olunmuş və sonrakı illərdə cinayətlər törətməyə davam edib. Hazırda cinayətin motivi araşdırılır.
Ayxan